Azərbaycan və Türkiyə Prezidentləri Avropaya qaz tədarükünü müzakirə ediblər

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Avropaya qaz tədarükü ətrafında fikir mübadiləsi aparıb.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.

“Bizim Azərbaycan qazı ilə bağlı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz xətləri də var. Bu məsələ ilə bağlı Azərbaycana son səfərimdə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdim. Biz oralardan da alacağıq. Bunu TANAP-la alıb gücləndirəcəyik. Bundan başqa, depolama təsisatlarımızı quracağıq”, – dövlət başçısı bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Prezidenti türkiyəli həmkarını “Togg”un istehsalına başlanılmasına görə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı “Togg”un kütləvi istehsalına başlanılması münasibətilə təbrik edib. Qeyd edək ki, noyabrın...

Bağla