AZƏRBAYCAN VƏ TÜRKİYƏ XİN BAŞÇILARI REGİONDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

0

Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkədəki şəxsi səhifəsində məlumat paylaşıb.

Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Qardaşım @MevlutCavusoglu ilə Belqradda görüşdük. İkitərəfli əməkdaşlıq gündəliyini, habelə cari regional vəziyyət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.” – deyə Azerbaycanın XİN rəhbəri paylaşımında bildirib.

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ERMƏNİSTAN QƏSDƏN AZƏRBAYCANIN MƏDƏNİ VƏ DİNİ OBYEKTLƏRİNİ DAĞIDIRDI”

"İşğal dövründə Ermənistan Azərbaycanın şəhər və kəndlərini, Azərbaycanın işğal edilmiş ərazilərdə yerləşən mədəni və dini obyektlərini qəsdən dağıdırdı". Bunu Azərbaycan...

Bağla