Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndələri arasında görüş olub

0

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və türkiyəli həmkarı arasında Sedat Önal arasında görüş olub.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tviterdə məlumat yayıb.

“Hörmətli həmkarım və dostum, qardaş Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı yeni daimi nümayəndəsi Zati-aliləri cənab Sedat Önala ən səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram!”, – azərbaycanlı diplomat bildirib.

Xatırladaq ki, fevralın 3-də Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal bu ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan XİN Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bu barədə XİN-dən bildirilib. Bəyanatda deyilir: “26...

Bağla