Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ çıxarıb

0

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ 261 SAAT SONRA 2 NƏFƏR DAĞINTILAR ALTINDAN SAĞ ÇIXARILIB

Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ...

Bağla