AZƏRBAYCANDA BAYRAM NAMAZININ VAXTI AÇIQLANIB

0

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Apa-ya açıqlamasında bildirib ki, bayram namazı Əjdərbəy məscidində və ya Göy məsciddə mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

“Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar”, – o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ QÜDSDƏ VƏ DANİMARKADA BAŞ VERƏNLƏRİ PİSLƏYİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən...

Bağla