“Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı etimad daha da möhkəmlənib”

0

“Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin dini konfessiyalar arasında qarşılıqlı etimad daha da möhkəmlənib”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən dini-etnik qrupların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni ibadət yerlərinin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayıran dövlət başçısının təşəbbüsü ilə son illər tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilib, dini-mənəvi dəyərlərin qorunması istiqamətində silsilə tədbirlər həyata keçirilib.

“Bu gün Azərbaycan fərqli dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına mühüm töhfəsini verməklə dünya dövlətləri üçün nümunə olub. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış modeli münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində ölkəmiz səylərini ardıcıl şəkildə davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin dini konfessiyalar arasında qarşılıqlı etimad daha da möhkəmlənib”, – M.Qurbanlı əlavə edib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dövlət-din münasibətləri sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, Azərbaycandakı dini dözümlülük və tolerantlığın möhkəmlənməsi dini sahədə dövlət siyasətinin uğurlarından biri kimi səciyyələndirilir və bir çox dövlətin üzərində baş sındırdığı “Dünyəvi dövlətdə din siyasəti necə olmalıdır?” sualının əyani cavabı kimi qəbul olunur: “Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə dinlərin dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti son 20 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün obyektiv reallıqları ilə şərtlənir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gün Şuşada TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısı keçiriləcək

Bu gün Azərbaycanın Şuşa şəhərində TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirlərinin iclası keçiriləcək. Bunu Şimali Kipr Türk Respublikasının mədəniyyət naziri Fikri...

Bağla