AZƏRBAYCANDA MƏSCİDLƏRDƏ İBADƏT MÜVƏQQƏTİ DAYANDIRILDI

0

Koronavirusla (covid-19) mübarizə tədbirləri çərçivəsində Azərbaycanda məscidlərdə vaxt namazlarının və cümə namazının camaatla qılınması müvəqqəti olaraq dayandırılıb. İslamveirfan.com xəbər verir ki, bu barədə dini idarədən ölkədəki bütün din xadimlərinə bildiriş göndərilib.

Məlumatda bildirilir ki, məscidlər gün ərzində açıq olacaq və mütəmadi olaraq dezinfeksiya ediləcək. Bu vaxt ərzində möminlər dəstəmazlarını evdə alaraq və səccadələrini gətirərək məscidlərdə namazlarını fərdi olaraq qıla bilərlər.  

“Allah ölkəmizi və bütün dünyanı inşallah ən qısa zamanda bu bəladan qurtarsın. Amin.” – deyə din xadimlərinə göndərilən bəyanatda bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN-TÜRKİYƏ SƏRHƏDİ MÜVƏQQƏTİ BAĞLANDI

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı...

Bağla