AZƏRBAYCANDA NÖVBƏTİ HAFİZLİK MƏRASİMİ KEÇİRİLİB

0

Şəki İslam Kollecində (ŞİK) XI ənəvi hafizlik mərasimi keçirilmişdir. ŞİK ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, kollecin 24 tələbəsi Qurani-Kərimi başdan sona qədər əzbərləyərək “Hafiz” titulu əldə ediblər. 

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsindən, Dini Qurumlarla İş Üzrə Dövlət komitəsindən, Gəncliyə Yardım Fondundan, Türkiyənın Azərbaycandakı səfirliyinin Din müşavirliyindən, Şəki Şəhər İcra Hakimiyyətindən və digər qurumlardan qonaqlar iştirak etmişlər.

Tədbir, Şəki İslam Kollecinin Qurani-Kərim müəllimi, Şəki Mərkəzi Cümə Məscidinin müəzzini Tural Məmmədovun Qurani-Kərim oxuması ilə başlanmış, qonaqların çıxışı və xeyir-duaları ilə davam etmişdir.

Tədbirin sonunda Hafiz məzunlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “hafizlik diplomu” və dəyərli hədiyyələr verilmişdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Prezidenti Bakıda keçirilən forumun iştirakçılarına müraciət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı...

Bağla