AZƏRBAYCANDA QADINLAR DA DİNİ AYİN İCRA EDƏ BİLƏCƏKLƏR

0

Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər.

Bunu “Report”a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək “dini ayinlərin icraçısı” vəzifələri nəzərdə tutulur: “Habelə “qadın dini ayinlərin icraçısı” vəzifəsi də olacaq. Nəzərdə tutulur ki, qadın dini ayinlərin icraçısı məhz qadınlar üçün dini ayin və mərasimləri icra etsin və onların təyinatı ibadət evlərinə verilsin”.

Sədr müavini qeyd edib ki, ən əsası həmin qadınlar da dini təhsilli olsunlar: “Söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir. Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA DİN XADİMLƏRİNƏ VERİLƏN MADDİ DƏSTƏK ARTIRILIB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən şəxslər qismində din xadimlərinə...

Bağla