Azərbaycanda temperatur 7 dərəcə enəcək

0

Azərbaycanda iyunun 20-si gündüz dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanların siyahısı 

Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri Aşura günü Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi...

Bağla