Azərbaycandan Həccə gedənlər üçün sənəd qəbulu fevralın 15-də başa çatacaq

0

Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün sənəd qəbulu 2026-cı il fevralın 15-də başa çatacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

QMİ rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin tələbinə əsasən, Həcc ziyarəti ilə bağlı bütün prosedurlar tez başa çatmalıdır:

“Bu səbəbdən kvota dolsa da, dolmasa da sənəd qəbuluna 2026-cı il fevralın 15-də yekun vuracağıq”.

Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN HAVA ŞƏRAITI ILƏ ƏLAQƏDAR ƏHALIYƏ MÜRACIƏT EDIB

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə yaxın günlərdə bir sıra ərazilərdə yağıntılı və soyuq...

Bağla