Azərbaycanın bir qrup hərbçısı Türkiyədə keçirilən təlimdə iştirak edəcək – VİDEO

0

Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına yola salınıb.

Təlimə cəlb edilmiş hərbi qulluqçuların və texnikaların Qars şəhərinə yola salınması münasibəti ilə mərasim keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov hər iki ölkə arasındakı sarsılmaz qardaşlıqdan və keçirilən birgə təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir.

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FİTRƏ SƏDƏQƏSİ

Ramazan ayı rəhmət ayıdır. Allahın rəhmətini ən çox hiss edənlər bu ayda oruc tutub namaz qılaraq aləmlərin Rəbbinə şükür borcunu...

Bağla