Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Türkiyə Respublikasına məxsusF-16 qırıcıtəyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Tramp illik müraciətində Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb

"ABŞ-nin hərbi dominantlığı bərpa edilib, dünya amerikalılar üçün daha təhlükəsiz olub. Biz qürurla, həmçinin xaricdəki amerikalılar üçün təhlükəsizliyi bərpa edirik"....

Bağla