Azərbaycanın xilasediciləri 50 yaşlı qadını 120 saat sonra dağıntılar altından sağ çıxarıb

0

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı 50 yaşlı qadını 120 saat sonra sağ çıxarıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında aşkarlanan Fatma adlı qadın sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ VƏFAT EDƏNLƏRİN SAYI 20 665 NƏFƏRƏ ÇATIB

Türkiyədə zəlzələ nəticəsində vəfat edənlərin sayı 20 665 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat...

Bağla