Azərbaycanla Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 1-də Türkiyənin İstanbul 29 Mayıs Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Təyyar Altıkulac ilə görüşüb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlıq, mütəxəssis hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ramin Məmmədov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. O, dini-mənəvi dəyərlərin qorunması, din sahəsində maarifləndirmə işinin gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması məsələlərində təcrübə mübadiləsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təyyar Altıkulac İstanbul 29 Mayıs Universitetinin fəaliyyəti, həyata keçirilən təhsil proqramları və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib. O, rəhbərlik etdiyi universitetin Azərbaycan ilə elmi və akademik əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə dini təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

bir veya daha fazla kişi ve yazı görseli olabilir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub

Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə...

Bağla