“AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA HƏRBİ ƏMƏKDAŞLIQ İNKİŞAF EDƏCƏK”

0

“Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sahələri, sektorları əhatə edir və çox dərindir. Hərbi əməkdaşlıq da bunlardan biridir. Bu çərçivədə münasibətlər yalnız birgə hərbi təlimlərlə məhdudlaşmır”.

Bunu “Report”a eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

“Hərbi sahədə əlaqələr birgə təlimlərdən birgə müdafiə sistemlərinin istehsalına qədər bir çox sahəni əhatə etməkdədir. Bu əməkdaşlıq həm də strateji əhəmiyyətə malikdir. Əməkdaşlığımızın qarşıdakı dövrdə daha da inkişaf edəcəyini və dərinləşəcəyini söyləmək səhv olmazdı”, – diplomat bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ TÜRKİYƏNIN AZƏRBAYCANDAKI SƏFİRINİ QƏBUL EDİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən...

Bağla