AZƏRBAYCANLI ZƏVVARLARIN HƏCC ZİYARƏTİ İLƏ BAĞLI DİNİ AYİNLƏRİ BAŞA ÇATIB

0

“Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı dini ayinləri bitib”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, hazırda zəvvarlar Məkkənin tarixi müqəddəs yerlərini ziyarət edirlər:

“İyulun 16-17-də zəvvarlarımız Mədinəyə səfər edəcəklər. İyulun 19 və 20-də isə zəvvarlar geri dönəcəklər”.

Qeyd edək ki, pandemiyadan sonra bu il ilk dəfə 680 zəvvar Azərbaycandan Həcc ziyarətinə gedib. Həcc ziyarətinə səfər iyunun 29, 30 və iyulun 1, 2-də təşkil olunub.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GECƏ KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ İNTENSİV ATƏŞƏ TUTULUB

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir...

Bağla