BƏZİ BÖLGƏLƏRDƏ YAĞINTILI HAVA ŞƏRAİTİ DAVAM EDİR

0

Azərbaycanın əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə qar yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Məlumata görə, qarın hündürlüyü Şahbuzda 37, Kişçayda (Şəki) 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq, Qrızda 24, Daşkəsəndə 22, Kəlbəcərdə 21, Qusar, Gədəbəydə 18, Laçın, Şahdağ, Qubadlıda 16, Sarıbaşda (Qax) 15, Şuşada 12, Xaltanda 11, Göygöl, Xankəndidə 10, Xocalı, Xızı, Lerik, Qubada 7, Füzulidə 6, İsmayıllıda 5, Tərtər, Oğuz, Qəbələdə 4, Qobustanda 1 santimetrdir.

Düşən yağıntının miqdarı Lənkəranda 12, Astarada 11, Tovuzda 10, Gəncədə 8, Ağstafa, Balakən, Bərdə, Mingəçevir, Naftalan, Goranboy, Şəmkir, Göyçay, Ağdam, Naxçıvan, Yevlax, Şamaxı, Zərdab, Ceyrançöl, Culfada 5 mm-dir.

Daşkəsən, Göygöl, Gəncə, Qax, Şəki, Qusar, Xaltan, Lerik, Naftalan, Şəmkir, Balakən, Göyçay, Şamaxıda duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Özbəkistan zəvvarların Ümrəyə göndərilməsini dayandırıb

Özbəkistandan zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə göndərilməsi hava məkanının bağlanması və Yaxın Şərqin bir sıra ölkələrində uçuşların ləğvi səbəbindən dayandırılıb....

Bağla