Bəzi rayonlarda duman müşahidə olunur

0

Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə duman müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Əksər rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Çoxsaylı problemlərin olduğu bölgədə Türkiyə və Azərbaycan iki sabitlik adasıdır

Bir çox problemin yaşandığı bölgədə Türkiyə və Azərbaycan iki sabitlik adası mövqeyindədir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "X"...

Bağla