Bəzi yerlərdə qarın hündürlüyü 41 sm-ə çatıb

0

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 9-u saat 11:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, qarın hündürlüyü Şahbuzda 41, Zaqatalada (Əlibəy) 28, Daşkəsən, Qrızda (Quba) 20, Kəlbəcər, Xınalıqda 17, Qaxda (Sarıbaş) 16, Lerikdə 15, Laçın, Qubadlı, Qusarda (Laza) 14, Şəki (Kişçay), Xızıda 11, Şahdağda 8, Şuşa, Gədəbəy, Oğuzda 7, Yardımlı, Xaltan, Şabranda 6, İsmayıllıda 5, Qəbələdə 4, Göygöldə 3, Xankəndi, Xocalı, Füzuli, Qobustanda 2 sm-dir.

Məlumata görə, düşən yağıntının miqdarı Astarada 25, Lənkəranda 23, Ağsuda 10, Sabirabadda 9, Balakəndə 8, Göyçay, Zərdabda 6, Cəlilabad, Beyləqan, Kürdəmirdə 5, Mingəçevir, İmişli, Biləsuvar, Ağdamda 4, Tərtər, Bərdə, Yevlaxda 3, Bakı və Abşeron yarımadasında eləcə də Şamaxı, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Gəncə, Xaçmaz, Goranboy, Neftçalada 1 mm-dir.

Naftalan, Balakən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə...

Bağla