BAKI VƏ BÖLGƏLƏRDƏ GÜCLÜ KÜLƏK ƏSƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİLİB

0

İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə MN: Azərbaycanla hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə...

Bağla