BAKIDA MÖHTƏŞƏM PARAD KEÇİRİLƏCƏK

0

Paytaxt Bakıda sentyabr ayının 15-də Dövlət Sərhəd Qüvvələrinin canlı qüvvələri və Milli Ordumuzun şəxsi heyətinin iştirakı ilə möhtəşəm parad keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində baş tutacaq hərbi parad Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilir.

Qeyd edək ki, sentyabrın 15-də parad iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə Bakının küçələrindən kəçəcəklər. Onların geyimləri də Azərbaycan və Osmanlı ordusunun 100 əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.

 Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GƏLƏCƏYİN TƏMİNATI

Ailə cəmiyyətin əsasını təşkil edən kiçik bir sosial təşkilatdır. Ata, ana və uşaqlardan meydana gələn ailə, sözün əsl mənasında geniş...

Bağla