Bakıda və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 98 faizini təşkil edib

0

Dekabr ayının bəzi günlərində ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib, Bakıda və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 98 faizini təşkil edib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntı əsasən şərq rayonlarda leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 29 (aylıq normanın 98%-i), Mərkəzi Aran zonasında 16 (aylıq normanın 82%-i), Lənkəran-Astara zonasında 81 (aylıq normanın 79%-i), Balakən-Şəki zonasında 17 (aylıq normanın 57%-i), Qazax-Gəncə zonasında 4 (aylıq normanın 32%-i), Daşkəsən-Gədəbəy zonasında isə 6 mm (aylıq normanın 20%-i) təşkil edir.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR, LAÇIN, QUBADLI VƏ ŞAHDAĞA QAR YAĞIR

Azərbaycanda dekabrın 8-i saat 09:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir....

Bağla