Baş katib: “Türk dövlətləri arasında əməkdaşlıq daha da gücləndirilməlidir”

0

“Türk dövlətləri arasında əməkdaşlıq daha da gücləndirilməlidir”.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev İstanbulda keçirilən “Böyük Türkiyə vizyonu” panelində çıxışı zamanı deyib.

O bildirib ki, bu, həm də dünyadakı mürəkkəb durumla bağlıdır.

Baş katibin sözlərinə görə, Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi terrorla mübarizəyə də töhfə verəcək.

K.Omuraliyev qeyd edib ki, TDT-nin region və dünyadakı rolu getdikcə artır:

“Səmərqənddə keçirilən iclaslarda mühüm qərarlar qəbul etmişdik. Biz 2040-cı ilə kimi əsas strategiyamızı müəyyənləşdirmişik”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ DÜNYA ÜÇÜN BİR NÜMUNƏDİR”

"Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir". Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib....

Bağla