BDYPİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB

0

Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək qəza riskini ciddi şəkildə artırır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftə sonu səyahətə çıxan sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır:

“Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur. Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin qəzaya uğrayan təyyarəsində partlayıcı izi tapılmayıb

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsinə aid hissələrin tədqiqi zamanı partlayıcı izinə rast gəlinməyib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Sabah"...

Bağla