BELÇİKADA “HİCABA DƏSTƏK” AKSİYASI KEÇİRİLİB

0

Belçikanın paytaxtı Brüsseldə Konstitusiya məhkəməsinin, “Ali məktəblərdə hicab qadağan edilə bilər” fikirlərinə qarşı etiraz aksiyası keçirilib. Müxtəlif QHT-lərin təşkilatçılığı ilə Brüsselin mərkəzindəki “Mont des Arts” meydanında keçirilən aksiyada təxminən 4 min nəfər iştirak edib.  

Aksiyaçıların oxuduğu bəyanatda, Belçikada müsəlman qadınların dini inancları səbəbilə ayrı-seçkiliyə məruz qaldıqları ifadə edilib. Ölkədə qanunlar və qərarlar qəbul edilərkən müsəlman qadınların prioritetlərinin nəzərə alınmasının tələb edildiyi bəyanatda, Belçikada müsəlmanlara qarşı daha anlayışlı davranılması da vurğulanıb.  

Qeyd edək ki, Brüsseldəki müsəlmanlar, şəhərdəki ali məktəblərdən biri olan “Francisco Ferrer”in bütün dini simvolları qadağan etməsi qərarına qarşı məhkəmə iddiası qaldırmışdı. İddia barədə öz fikirlərini açıqlayan konstitusiya məhkəməsi, ali məktəblərin hicab da daxil olmaqla bütün dini simvolları yasaqlaya biləcəyini açıqlamışdı.

Müxtəlif huquq təşkilatları, bu fikri insan hüquqlarının pozulması kimi dəyərləndirib.

Mövzu barədə son qərarı isə Belçika “Sülh” məhkəməsi verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ KORONAVİRUSLA MÜBARİZƏ ÜÇÜN AZƏRBAYCANA YARDIM GÖNDƏRİB

Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə...

Bağla