BİNƏLİ YILDIRIM: “TÜRKİYƏ BUNDAN SONRA DA AZƏRBAYCANIN YANINDA OLACAQ”

0

“Dörd gün sonra Qarabağ Zəfərini qeyd edəcəyik. 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan Azərbaycan torpaqları azad edilib”.

Bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da yanında olacaq.

“Azərbaycana – qardaş ölkəyə gəlmişik. Bir millət, iki dövlət olaraq qiymətləndirdiyimiz gözəl, can Azərbaycanda bu gün sayca 8-ci olan Qlobal Bakı Forumu keçirilir. Əvvəllər bu forumlardan birində iştirak etmişəm. Budəfəki forumda koronavirus pandemiyasından sonrakı dövrdə formalaşacaq yeni dünya düzənində regional və beynəlxalq məsələlərin inkişafı geniş müzakirə olunacaq. Bu gün dünyanın hər bir yerindən bu foruma gələnlər var. Forumun çox böyük əhəmiyyəti var və Azərbaycanı bu tədbirə ev sahibliyi etdiyinə görə təbrik edirəm”, – o söyləyib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GYF RƏHBƏRLİYİ İŞĞALDAN AZAD EDİLMİŞ BÖLGƏLƏRİ ZİYARƏT EDİB

Gəncliyə Yardım Fondunun (GYF) Prezdenti Ahmet Tecim və idarə heyəti Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Doç.Dr Cahit Bağcının rəhbərlik...

Bağla