BİR QRUP HƏRBÇİ “CƏBRAYILIN AZAD OLUNMASINA GÖRƏ” MEDALI İLƏ TƏLTİF EDİLİB

0

Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayor, 47-si polkovnikdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV FRANSA, BELÇİKA VƏ HOLLANDİYA DEPUTATLARINA: “QƏTNAMƏLƏRİNİZ BAŞINIZA DƏYSİN”

"Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar...

Bağla