BİTCOİN ALMAQ CAİZDİRMİ?

0

Son günlər bütün dünyada populyar olan virtual pul vahidi Bitcoin müsəlmanlar arasında da müzakirə predmetinə çevrilib.

Türkiyənin dini komitəsi Diyanət işləri başkanlığı “Bitcoindən istifadə etmək caizdirmi?” sualına cavab verib.

 – Bitcoin və efirium kimi virtual pulları investisiya vasitəsi kimi almaq caizdirmi?

“Pul dövlət tərəfindən zərb edilən və ölkə daxilində mübadilə məqsədi ilə istifadə edilən, üstündə rəqəmlə dəyəri yazılan kağız və ya metal əşyadır. Virtual pul isə arxasında hər hansı bir maliyyə qurumu olmadan istifadəçilərinə birbaşa ticarət imkanı verən, hər istifadəçi üçün xüsusi şifrələnmiş pul vahididir (kriptovalyuta).

Bir pul vahidinin qüvvədə ola bilməsi üçün arxasında dövlət dəstəyi və qızılla qarşılığı olmalıdır. Virtual pullar hər nə qədər bəziləri tərəfindən mübadilə vasitəsi kimi istifadə edilsə də dövlətin təmin etdiyi etibara və gücə sahib olmaması, arxasında mərkəzi maliyyə qurumunun və dövlət təminatının olmaması səbəbindən bunu pul kimi dəyərləndirmək olmaz. Bundan başqa dəyər qazanıb itirməsi qalmaqala meylli olduğu, daha çox çirkli pulların yuyulması kimi qeyri-leqal işlərdə asanlıqla istifadə edilməsi, dövlətin yoxlamasından və nəzarətindən uzaq olması sbəbindən virtual pulları almaq və satmaq bu mərhələdə dini baxımdan uyğun deyildir.” – deyə Diyanətin fətvasında bildirilir. 

Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU VƏRDİŞLƏR SİZİ XOŞBƏXT EDƏCƏK

Sizi başqalarından fərləndirən xüsusiyyətlərdən biridi sizin vərdişlərinizin olmasıdır.

Bağla