BİZANS İMERATORUNUN BAŞINDAKI “BİSMİLLAH”IN SİRRİ

0

Rəvayətə görə Bizansın imperatoru Qeysər, II İslam xəlifəsi Hz. Ömərə (ra) belə bir məktub yazır: “Başım dayanmadan ağrıyır. Əgər sizin bildiyiniz bir çarəsi varsa mənə göndərin. Çünki buradakı həkimlər bunun çarəsini tapa bilmirlər. Məktubu alan Hz. Ömər Qeysərə bir baş geyimi göndərir. Qeysər bunu geyinəndə başının ağrısı dayanır, çıxaranda yenidən başı ağrıyır. Qeysər, əcəba bunda nə var ki, onu geyinəndə başımın ağrısı dayanır? – deyə fikirləşməyə başlayır. Baş geyiminə yaxşıca baxır və içindən “Bismilləhir Rahmənir Rahim” yazılmış kağız tapır.    

Bir hədisi-şərifdə belə buyurulur: “Əvvəlində Bismillah olan dua geri çevrilməz”. Başqa bir hədisi-şərifdə isə, “Kim Allaha və Onun adına olan hörmətinə görə və çirklənməsin deyə üstündə Bismillah yazılmış bir kağızı ayaq altından götürsə Allah qatında siddiqlərdən olur. Ata-anası müşrik olsa belə əzabları xəfiflədilir.” – buyurulur. (Aclûnî, II, 327)

Şeyx Əhməd əl-Buni, “Lətaiful-İşarat” adlı əsərində, “Varlıq ağacının (Şəcərətul-Kəvn) Bismillahla qol-budaq atdığını” – yazır və belə davam edir: “Bütün aləm icmali və təfsili olaraq Bismillahla qaimdir. Bu səbəblə də Bismillahı çox deyən bir nəfər ülvi aləmdə də, süfli aləmdə də “heybət” sifəti ilə təltif edilir”.

Şeyxi-Əkbər “Əl-Futuhatul-Məkkiyyə” əsərində yazır: Fatihə surəsini oxuyanda Bismillahı da birlikdə oxuyun. Bismillahla Fatihə surəsinin arasını açmayın. Hz peyğəmbər (sav) and içərək, Cəbrailin dilindən and içərək, Mikailin dilindən and içərək, İsrafilin dilindən and içərək Allahın belə buyurduğunu deyir: “Ey İsrafil! İzzətimə, cəlalıma və Kərəmimə and olsun ki, Fatihəni Bismillahla birlikdə oxuyanı bağışlayaram. Şahid olun ki, yaxşı əməllərini qəbul edər, pis əməllərini görməməzliyə vuraram. Onun dilini cəhənnəmdə yandırmaram, qəbir əzabından da, qiyamət gününün əzabından da xilas edərəm. O Mənə, ənbiyadan da, övliyadan da əvvəl qovuşar”.

 

Mənbə: İsmail Hakkı Bursevi, “Ruhül Beyan” Təfsiri, Erkam nəşriyyatı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYASOFİYA MƏSCİDİNDƏ AZAN VƏ FƏTH SURƏSİ OXUNDU (VİDEO)

Türkiyənin İstanbul şəhərində yerləşən, 1 500 illik tarixi olan Ayasofiya məscidində heç bir səsgücləndirici vasitə olmadan azan və Fəth surəsi oxunub....

Bağla