BMT BAŞ KATİBİ: “MƏTBUAT MÜSƏLMANLARA QARŞI QƏRƏZİNİ ARTIRIR”

0

BMT-nin baş katibi Antoniu Quterreş, mətbuatın və bəzi güc strukturlarının müsaəlmanlara qarşı qərəzi artırdığını deyib.

Antoniu Outerreş, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən təklif edilən “Beynəlxalq İslamafobiya ilə Mübarizə Günü” səbəbindən keçirilən tədbirdə iştirak edib.

BMT insan hüquqları şurasının hesabatında müsəlmanlara qarşı ayrı-seçkilik və nifrət cinayətlərinin epidemiya dərəcəsinə çatdığınının qeyd edildiyini xatırladan baş katib, müsəlman qadınların cinsləri, etnik mənşələri və inancları səbəbindən 3 dəfə daha çox ayrı-seçkiliyə məruz qaldığını deyib.

“Təəssüf ki, mətbuat və bəzi güc strukturları müsəlmanlara qarşı qərəzi və özbaşınalığı artırır. Müsəlmanlara qarşı qərəz, qlobal miqyasda artan etnik millətçilik və neonasizim kimi meyllərlə eyni xətdədir.

Xatırlayaq ki, müsəlmanlara qarşı bir çox dözümsüzlük halları rəsmi statistikada əks olunmur. Amma bu cür cəhdlər insanların ləyaqətini və ortaq bəşəri dəyərlərimizə ziyan vurur.” – deyə Quturreş bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“SİLAHLI QÜVVƏLƏRİMİZ QARABAĞDA QARDAŞLARIMIZA DƏSTƏK OLUR”

“Türkiyə Silahlı Qüvvələri cənab Prezidentimizin rəhbərliyi ilə Suriyada, İraqın şimalında, Aralıq dənizinin şərqində millətimizin haqq, mənafe və maraqlarını qorumaqla yanaşı...

Bağla