BMT-DƏN DİNİ LİDERLƏRƏ MÜRACİƏT: DUA EDİN

0

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş kovid-19 virusu ilə mübarizə çərçivəsində ilahi dinlərin liderlərinə müraciət edib. Bu barədə açıqlamanı BMT-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Məlumata görə Quterreş yəhudilərin və xristianların pasxa, müsəlmanların isə yaxınlaşmaqda olan ramazan ayını təbrik edib.

“Bu gün sizə xüsusi olaraq müraciət etmək istəyirəm. Bu günlərdə çox qəribə, fərqli və fövqəladə zamanda yaşayırıq. Küçələr səssiz, mağazalar bağlı, məbədlər boşdur. Əməkdaşlıq, həmrəylik və inancla bu virusu məğlub edə bilərik və edəcəyik. Bu müqəddəs günlərdə, başda pandemiya ilə mübarizə edən səhiyyə işçiləri olmaqla virusa qarşı müdafiəsiz olan qaçqınlara və digər insanlara dua edin.” – deyə baş katib müraciətində qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İL TƏRAVİH NAMAZI QILINMAYA BİLƏR

Dnyada kovid-19 pandemiyası davam edərsə Səudiyyə Ərəbistanı Krallığında ramazan ayında təravih namazları qılınmaya bilər. İslamveirfan.com xəbər verir ki, bu barədə...

Bağla