BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb

0

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına 2026-cı il iyulun 1-də başlayacaq.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo deyib.

O, qeyd edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanın mandatı 2026-cı il yanvarın 6-da başa çatacaq.

Bildirilib ki, yeni rezident əlaqələndiricisi hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədə onun öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq:

“Adətən olduğu kimi, yeni rezident əlaqələndiricinin təyinatı ilə bağlı rəsmi elan vəzifəyə başlamasına yaxın tarixdə BMT baş katibinin sözçüsünün ofisi tərəfindən açıqlanacaq”.

K.Azevedo əlavə edib ki, keçid dövründə rəhbərliyin davamlılığını təmin etmək məqsədilə təcrübəli rezident əlaqələndirici 15 yanvar 2026-cı ildən etibarən müvəqqəti əsaslarla Azərbaycandakı Nümayəndəlikdə vəzifəyə başlayacaq.

Xatırladaq ki, V.Andreyeva Azərbaycanda fəaliyyətə 2021-ci il iyulun 1-də başlamışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qarabağda tekstil sahəsində 10 minə yaxın insanı işlə təmin edəcək layihəmiz var

Qarabağda tekstil sahəsində 5-10 min civarında insanı işlə təmin edəcək layihəmiz var. Bunu Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin...

Bağla