BMT-NİN BİNASI ÖNÜNDƏ XOCALI FACİƏSİNİ ƏKS ETDİRƏN SƏRGİ TƏŞKİL OLUNACAQ

0

ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil olunacaq.

Bu barədə Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdərəli məlumat verib.

O bildirib ki, sərgidə soyqırım zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi günahsız insanların, Xocalı dəhşətlərinin əks olunduğu fotolar nümayiş etdiriləcək: “Biz hər il BMT-nin qərargahı önündə Xocalı facisəsinin ildönümləri ilə əlaqədar aksiyalar keçiririk. Bu il də, əsrin ən böyük cinayətlərindən biri olan Xocalının faciəsinin səsi olacağıq”.

Eyni zamanda üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Nyu-York şəhərinin mərkəzi küçələrini, meydanları dolaşacaq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandıracaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XOCALI SOYQIRIMINI UNUTMA!

Ermənilər 1991-ci ilin dekabr ayında Xankəndi şəhərini işğal etdilər. Daha sonra isə növbəti hədəflərinə bölgədəki tək hava limanına sahib olan...

Bağla