BMT NÜMAYƏNDƏSİ: İSLAMAFOBİYA VİRUS KİMİ YAYILIR

0

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Miqel Anqel Moratinos nifrət cinayəti, irqçilik, islamafobiya və ksenofobiyaya aid bir virusun kovid-19 kimi dünyaya yayıldığını deyib.

Ali nümayəndə bu gerçəyə qarşı mübarizə aparmağın ən effektiv yolunun, ən yaxşı peyvəndin dini, mədəniyyəti və etnik mənşəyi nə olursa-olsun insanları bir araya gətirmək olduğunu deyib. Bunun böyük bir sunami olduğunu deyən BMT nümayəndəsi, bu virusun qlobal pandemiya ilə yanaşı iqtisadi və ictimai həyata da zərbə vurduğunu qeyd edib.

“Nifrət, separatizm, ksenofobiya, islamafobiya, antisemitizm virusu bizə daha çox yoluxub. Bu, kovid-19 kimi iqtisadi və finansal böhran deyil. Bu bir humanitar böhrandır. Bəşəriyyət bu böhrana qarşı ayağa durmalıdır. Bu reallığa qarşı mübarizə aparmağın ən effektiv yolu, ən yaxşı peyvənd dini, mədəniyyəti və etnik mənşəyi nə olursa-olsun insanları bir araya gətirməkdir.” – deyə Miqel Anqel Moratinos bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ “QARABAĞ HƏFTƏSİ” KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak...

Bağla