Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə dünyada birinci yerdəyik

0

Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra – Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır.

“Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibədə deyib.

Prezident qeyd edib ki, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın müştərisidir:

“Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Kərkükdə Azərbaycanla İraq türkmanları arasındakı əlaqələr müzakirə olunub

Azərbaycanın Bağdaddakı səfiri Eldar Səlimov İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) Baş Qərargahında olub. "Report" xəbər verir ki, E....

Bağla