BÖYÜK İSLAM ALİMİ YUSUF ƏL QARADAVİ VƏFAT ETDİ

0

Tanınmış İslam alimi, “Müsəlman Alimlər Şurası”nın təsisçisi və sabiq sədri Professor Yusuf əl-Qaradavi 96 yaşında vəfat edib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Qaradavinin sosial şəbəkədəki şəxsi səhifəsində məlumat paylaşılıb.

“Ömrünü İslama ve İslam ümmətini müdafiə etməyə həsr edən Şeyx Yusuf əl-Qaradavi Rəhməti-Rəhmana qovuşmuşdur. Uca Allahdan təmənnamız budur ki, onu peyğəmbərlərə, sıddıqlara, şəhidlərə və salehlərə qonşu eləsin.” – deyə paylaşımda bildirilir.

İslam dünyasının ən görkəmli alimlərindən hesab edilən Professor Yusuf əl-Qaradavi 1926-cı ildə Misirdə dünyaya gəlib. 10 yaşına çatmadan Qurani-Kərimi əzbərləyərək hafiz olub. Əzhər mərkəzinə aid məktəbdə ilk təhsilini alıb. 1954-cü ildə Əzhər universitetinin Üsulu-Din fakultəsini bitirib.

Bir çox ərəb ölkələrində yaşayan Qaradavi, “Müsəlman Qardaşlar” cəmiyyətinin də fəal üzvü olub və bu səbəbdən bir neçə dəfə həbsə düşüb.

150-yə yaxın kitab yazan Qaradavinin əsərləri bir çox dünya dilinə tərcümə olunub. Yusuf əl-Qaradavi bir çox ölkədə konfrans, simpozium və seminarlarla çıxış edib.

Allah rəhmət eləsin.

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında razılıq əldə olunar”

“Mərkəzi Asiya artıq önəmli regiona çevrilib”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib. XİN başçısı, həmçinin...

Bağla