BÖYÜK MÜSABİQƏNİN KİÇİK QALİBLƏRİ BU GÜN MƏLUM OLACAQ

0

Usaqkitabi.az saytının keçirdiyi “Kitabın işığın olsun” müsabiqəsinin qalibləri bu gün – uşaqların beynəlxalq müdafiəsi günü açıqlanacaq. Sayt əməkdaşları qaliblərin adlarını, uşaqkitabi.az-ın sosial şəbəkədəki səhifəsinin canlı yayımında elan edəcəklər.

Qeyd edək ki, usaqkitabi.az saytı TİKA, Gəncliyə Yardım Fondu və Firudin bəy Köçərli adına kitabxananın dəstəyi ilə 8 – 12 yaşlı uşaqlar arasında müsabiqə elan etmişdi.

Uşaqlar arasında kitab oxumağı təşviq edən bu müsabiqəyə görə, iştirakçı usaqkitabi.az saytından seçdiyi hər hansı bir kitabı oxumalı və hazırladığı 3 dəqiqədən çox olmayan video-çarxda kitabın məzmunu barədə məlumat verməli idi.   

Müsabiqənin nəticələrini FacebookYouTube səhifələrindən saat 12.00-də izləyə bilərsiniz.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏN YUNANLARA CAVAB: PAYTAXTINDA MƏSCİD OLMAYAN YEGANƏ ÖLKƏ…

Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidində Qurani-Kərim oxunmasına təxribatyönümlü yazıları ilə reaksiya verən Yunanıstan mətbuatına rəsmi Ankara kəskin cavab verib. Türkiyənin...

Bağla