BÖYÜK QALMAQAL – FUTBOL TOPUNUN ÜSTÜNƏ “QURANİ-KƏRİM” YAZDILAR

0

Yunanıstanda satışa çıxan futbol topunun üstündə ərəbcə “Qurani-Kərim” yazılması etirazla qarşılanıb.

Xanthi (Ksanti) müftiliyinin etirazı ilə bir oyuncaq mağazasında olan top satışlarının dayandırılması üçün vəkil işə başlayıb.

Xanthi müftisi Mustafa Trampa, müftiliyin vəkilinin vasitəsilə şirkət nümayəndələri ilə görüşdüyünü və bu halı qəbul etməyin mümkün olmadığını dediyini qeyd edib. Müfti topların satışının dayandırıldığını açıqlayıb.

Hadisəyə mətbuatda və sosial şəbəkələrdə yer verilməsindən sonra istehsalçı şirkət açıqlama yayıb.

Mərkəzi Afinada olan “Star” şirkəti, üzərində bəzi vətəndaşların dini etiqadı ilə əlaqəli terminlərin olduğu topu satışdan yığışdırdıqlarını açıqlayıb. Şirkət nümayəndələri həmçinin həmin hadisənin tərcümə səhvi səbəbindən baş verdiyini iddia edib.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZIDENT İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Bartın...

Bağla