BÖYÜK TƏCƏLLİLƏRİN YAŞANDIĞI GÜN

0

Həzrət Adəm əleyhissalamın tövbəsi bu gün qəbul edilmişdir. Demək ki, bu gün “tövbə və istiğfar” günüdür.

Həzrət Nuh əleyhissalamın gəmisi ilə tufandan xilas olduğu gündür. Demək ki, bu gün Nuh əleyhissalamın 950 il sürən çilələrlə dolu təbliğ həyatında sərgilədiyi “səbir və səbat”ı təfəkkür etmək günüdür.

Həzrət İbrahim əleyhissalamın Nəmrud tərəfindən atıldığı tonqaldan Allahın lütfü ilə qurtulduğu gündür. Demək ki, bu gün Allaha dostluq yolundakı imtahanlar qarşısında halımızı mühasibə etmək günüdür. 

Həzrət Musa əleyhissalamın Fironun zülmündən, Həzrət Yusuf əleyhissalamın zindandan qurtulduğu gündür. Demək ki, bu gün böyük səadətlərin ağır çətinlik və çilələrdən sonra gəldiyini dərk etmə günüdür.

Həzrət Əyyub əleyhissalamın xəstəlik və bəlalardan qurtulduğu gündür. Demək ki, bu gün ilahi sınaq qarşısında “səbir, riza və şükür” halımızı gözdən keçirmə günüdür.

Allah-Təalanın bizə lütf etdiyi nemətlərin şükrü mahiyyətində qapımıza sığınanların, dulların, yetimlərin, iztirab içində əziyyət çəkən möhtacların üzünü güldürərək ikram və infaqlarımızla onların xeyir dualarını alma günüdür.

Həmçinin bu gün İslam tarixində yaşanan ən acı fəlakətlərdən biri olan Hz. Peyğəmbərin əziz nəvəsi Həzrət Hüseyn radiyallahu anhın şəhid edildiyi gündür. Başqa bir ifadə ilə İslamın bağrına fitnə xəncərinin sancıldığı gündür.

Hansı məzhəbdən olmasına baxmayaraq hər müsəlmanın qəlbi bu mənfur cinayət qarşısında fəryad edir.

Bu xüsusda ümməti-Muhammədin birlik və bərabərliyini zədələyəcək tərzdə gərəksiz çəkişmələrə girmək ilk növbədə o əziz şəhidlərin mübarək ruhlarını incidən nalayiq davranışdır.

Bunu da unutmamalıyıq ki, həmin tarixdə

İslam dünyasında şiəlik və sünnilik kimi bir ayrı-seçkilik yox idi. Bir sözlə, bu gün Rəbbimizin “Şübhəsiz ki, möminlər qardaşdırlar…” (əl-Hucurat, 10) hökmü ətrafında birlik və bərabərlik günüdür…

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Türkiyə ilə nəqliyyat və turizm əməkdaşlığını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla nəqliyyat, turizm, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahələrində əməkdaşlıq imkanları...

Bağla