“BU, GÖRÜNMƏMİŞ CİNAYƏTDİR” – RUHANİDƏN ABŞ-A SƏRT SÖZLƏR

0

İran Prezidenti Həsən Ruhani İran Qırmızı Aypara Cəmiyyətinə məxsus bank hesablarının ABŞ tərəfindən bağlandığını açıqlayıb.

İran prezidenti xaricdən gələn yardımın qarşısının alındığını söyləyib.

“Ölkə xaricindəki iranlıların öz həmvətənlərinə göndərdiyi yardımların qarşısını alaraq Qırmızı Aypara Cəmiyyətinin hesablarını bağlayan düşmənlərin üzü qaralıb. Sel fəlakəti kimi ağır şəraitdə başqa ölkələrdən gələn yardımları ala bilmirik.

ABŞ-ın seldən zərərçəkənlərə göndərilən beynəlxalq yardımları əngəlləməsi görünməmiş cinayətdir. Hamı İranda xalq və rəsmilərin əl-ələ verib dağıntıları yenidən inşa etdiyini görəcək”, – deyə Həsən Ruhani bildirib.

ABŞ-ın Qüds və Qolan təpələri ilə bağlı qərarına toxunan İranın dövlət başçısı qeyd edib ki, nə Qüds işğalçıların paytaxtı olacaq, nə də Qolan Suriyadan qoparılacaq: “Müsəlmanları işğalçı sionistlərə təslim olmağa məcbur edən düşmənlər uğur qazana bilməyəcək”. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRANDAN QƏRB SİYASƏTÇİLƏRİNİN HİCAB GEYİNMƏSİNƏ ETİRAZ: “İSLAMA HÖRMƏT…” – FOTO

Qərbdə qadın siyasətçilərin müsəlman ölkələrinə səfər edərkən “İslam mədəniyyətinə hörmət” fikri adı altında baş örtüyü geyinməsi İranda sərt qarşılanıb. Din.az xəbər...

Bağla