Bu gün Azərbaycanda 40 dərəcə isti olacaq

0

Azərbaycanda bu gün bəzi yerlərdə 40 dərəcə isti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir, cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq.

Atmosfer təzyiqi isə 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddəlti az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Avqustun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,...

Bağla