Bu gün Azərbaycandan Türkiyəyə 20 ədəd modul tipli müasir evlər göndərilib

0

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Goranboy, Mingəçevir, Cəlilabad, Kürdəmir və Tərtər icra hakimiyyətlərinin sifarişi ilə Bakıda hazırlanan daha 20 müasir modul tipli ev fevralın 15-də qardaş ölkəyə yola salınıb.

“Report” xəbər verir ki, 1 və 2 otaqlı evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait var.

Bu həftənin sonuna qədər isə daha 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə qardaş ölkəyə göndəriləcək.

Həmin evləri də Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin sifarişi ilə hazırlanır.

Fevralında 13-də isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Türkiyəyə 4 modul ev göndərilib. Həmçinin, icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardımların Türkiyənin göndərilməsi bundan sonra da davam etdiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı vəfat edib

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb. Bu barədə Xarici...

Bağla