BU GÜN HİCRİ—QƏMƏRİ TƏQVİMİN İLK GÜNÜ, MƏHƏRRƏM AYININ 1-DİR

0

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür.

Belə ki, hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 19-na təsadüf edir.

Məhərrəm ayının 10-u, yəni Aşura günü isə iyulun 28-nə düşəcək.

Aşura günündə isə ənənəvi olaraq qanvermə aksiyaları keçiriləcək. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.

QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ QAZILAR VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRƏ TAPŞIRIQLAR VERİB

Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Bu...

Bağla