BU GÜN MALAZGİRT ZƏFƏRİNİN İL DÖNÜMÜDÜR

0

Bu gün, türklərə Anadolunun qapılarını açan tarixi Malazgirt zəfərinin 951-ci il dönümüdür. Malazgird döyüşü — Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) döyüş baş vermişdir. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi[9] Anadoluda və ətrafında Bizans hakimiyyətinin zəiflənməsində mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır.[10] XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan qələbə kimi qəbul edirdilər.

Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyətlə orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçıb canlarını xilas etməsinə görə, məğlubiyyət qərbi və şərqi taqmatalardan toplanılmış döyüşçülərə baha başa gəldi. Malazgirddəki döyüşün nəticələri Bizans üçün fəlakət demək idi. Döyüşün nəticəsi siyasi və iqtisadi böhrana gətirib çıxardı və Bizansın öz sərhədlərini müdafiə etməsini daha da çətinləşdirdi. Bu, türklərin mərkəzi Anadoluya daxil olmalarına səbəb oldu — 1080-ci ildə artıq Səlcuq türkləri 78.000 kvadrat kilometr ərazini ələ keçirmişdilər. Bizansın özünə gəlməsi 30 ilə başa gəldi və I Aleksius (1081–1118) Bizansda sabitliyi bərpa edə bildi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜNDƏN LAÇIN ŞƏHƏRİ, ZABUX VƏ SUS KƏNDLƏRİ AZADDIR

Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil veriləcək. Azərbaycan...

Bağla