BU İL HƏCC ZİYARƏTİ OLACAQ, AMMA BU ŞƏRTLƏRLƏ

0

Bu il sadəcə Səudiyyə Ərəbistanı vətəndsaşlarının iştirak edəcəyi Həcc ziyarəti üçün kovid-19 pandemiyasına qarşı tədbirlər çərçivəsində bəzi şərtləri əhatə edən protokol hazırlanıb.  Xəstəliklərdən Mühafizə və Mübarizə Komitəsinin hazırladığı protokolda zəvarların riayət etməsi məcburi olan qaydalara yer verilib.

Bu qaydalara görə zəvvarlar iznsiz Mina, Müzdəlifə və Arafata gedə bilməyəcək, Həcc mövsümü boyunca maska geyilməsi məcburi olacaq. Bundan başqa Mina, Müzdəlifə və Arafatda 50 kvadratmetrlik çadırlarda maksimum 10 zəvvar qalacaq. Şeytan daşlamaq üçün istifadə olunan daşlar əvvəldən dezinfeksiya edilərək xüsusi qablaşdırmada zəvvarlara paylanacaq. Tavaf və say vaxtı izdiham olmaması üçün zəvvarlar Məscidi-Haramın bütün mərtəbələrinə paylanacaq, sosial məsafənin qorunması üçün yerə zolaqlar çəkiləcək.

Bu qaydalara görə zəvarların kütləvi olaraq toplaşması, Kəbə ilə Həcəri-Əsvədə toxunmaları və öpmələri yasaqlanıb. Camaat namazı sosial məsafənin qorunması şərti ilə qılınacaq, zəvvarlara zəmzəm suyu ilə içməli su qapalı şüşələrdə veriləcək.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi, pandemiya səbəbindən bu il sadəcə ölkə vətəndaşlarının Həcc ibadətini yerinə yetirəcəyini, xaricdən zəvvar qəbul edilməyəcəyini açıqlamışdı.  

Səhiyyə naziri Tevfiq ər-Rabia isə Həccə gedəcək zəvvarların 65 yaşından kiçik olmasının şərt olduğunu bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİR GÜNÜ DƏYƏRLİ ETMƏYİN YOLLARI!

Keçmişi düşünmə o sənə göz yaşları, gələcəyi düşünmə o sənə qorxu gətirər. Sən içərisində olduğun anı təbəssümlə yaşa o sənə...

Bağla