BU ÖLKƏDƏ BAYRAM NAMAZI AÇIQ HAVADA QILINACAQ

0

Bolqarıstan müsəlmanları ramazan bayramı namazını açıq havada qılacaqlar. Bu barədə Bolqarıstanın baş müftisi Mustafa Alış Hacı ilə ölkənin baş naziri Boyko Borisovun operativ qərargah nümayəndələri ilə birlikdə keçirdiyi iclasda qərar qəbul edilib.

Bu qərara əsasən bayram namazı açıq havada, 1.5 metrlik sosial məsafə qaydasına uyğun olaraq qılınacaq, möminlərin maskadan istifadə etməsi məcburi olacaq. Namazdan əvvəl və sonra ibadət edilən yerlər dezinfeksiya ediləcək.

Baş müfti bu qərara görə hökumətə və operativ qərargahın nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, mayın 13-də karantin rejiminin yumuşaldıldığı Bolqarıstanda mayın 15-də məscidlər cümə namazı ilə açılıb. Amma bayram nazaında izdiham yaşanacağı ehtimalına qarşı bayram namazının açıq havada qılınmasına qərar verilib.

Bayram namazını açık havada ve maskeyle kılınmasına karar verdiler

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ AZƏRBAYCAN XALQININ RAMAZAN BAYRAMINI TƏBRİK EDİB

Qafqaz müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb. İslamveirfan.com xəbər verir ki, bu barədə QMİ...

Bağla