CAHİT BAĞCI: “TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ ZİRVƏDƏDİR”

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağçının etimadnaməsinin surətini qəbul edib.

XİN-dən verilən məlumata görə, nazir C.Bağçını təyinatı münasibətilə təbrik edərək Azərbaycan və Türkiyə arasında mövcud olan sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

Səfirin Azərbaycan üçün xüsusi bir dönəmdə səfir təyin olunduğunu qeyd edən nazir Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalın son qoyulduğunu və ərazilərimizin azad olunduğunu vurğulayaraq bu xüsusda Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyin Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu növbəti dəfə sübut etdiyini qeyd edib. Münaqişə sonrası mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyəti üçün yeni dövrün başlandığı vurğulanıb.

C.Bayramov həmçinin qondarma soyqırımı mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını və bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb.

C.Bağçı qəbula görə nazirə təşəkkürünü ifadə edərək Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun səmimi salamlarını nazirin diqqətinə çatdırıb. Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu qeyd edən Cahit Bağçı iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrinin bu xüsusda önəmli rolunu vurğulayıb. Səfir kimi fəaliyyəti dövründə ikitərəfli əlaqələrin səviyyəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, üç, dörd və çoxtərəfli formatlarda da əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

C.Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri C.Bağçıya fəaliyyətində uğurlar arzulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BAYDENİN BƏYANATI KONKRET SİYASİ MƏQSƏDLƏRƏ XİDMƏT EDİR”

"ABŞ prezidenti Co Baydenin verdiyi bəyanatda 1915-ci il hadisələrinə münasibətdə "genosid" terminindən istifadə etməsi nə tarixi, nə də hüquqi əsasa...

Bağla