ÇEÇENİSTANDA RAMZAN KADIROVUN ADINI DAŞIYACAQ BÖYÜK MƏSCİD TİKİLİR

0

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adına məscid tikilir. Bu barədə məlumatı yerli “Qroznı” dövlət telekanalı yayıb.

Artıq təməli atılan ibadət evi respublikanın paytaxtı Qroznıda yerləşəcək. Yeni camedə eyni anda 2 000 nəfər namaz qıla biləcək.

Telekanal məscidə R.Kadırovun adının verilməsini yerli sakinlərin çoxsaylı xahişi ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropanın ən böyük məscidlərindən biri – Məhəmməd peyğəmbər adına “Müsəlmanların Fəxri” məscidi də Çeçenistanın Şali şəhərində yerləşir. Onun açılışı 2019-cu ildə avqustun 23-də – respublikanın keçmiş başçısı Əhməd Kadırovun ad günündə olub. 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olan Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.

Həmin ildən respublikaya Ə.Kadırovun oğlu Ramzan Kadırov rəhbərlik edir. Onun hazırda 44 yaşı var.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏFA TAPMAQ MƏQSƏDİLƏ OXUNAN DUALAR

Uca Allah Qurani-Kərimin bir neçə ayəsində Quranın inanan möminlər üçün şəfa mənbəyi olduğunu buyurmuşdur. Bu ayələrdən bəziləri aşağıdakılardır: "Ey insanlar!...

Bağla