ÇİKAQO ŞƏHƏRİNDƏKİ BİLBOARDLARDA HİCABLI QADIN NÜMAYİŞ EDİLƏCƏK

0

ABŞ-ın İllinoys əyalətinin Çikaqo şəhərindəki maqistral yolların kənarındakı bilboardlara hicablı qadın şəkilləri yerləşdirilib.

Məlumata görə, magistral yolda bir çox sürücü başqa maşınlarda başı örtülü, niqablı, çadralı və s. hicablı sürücülər görəndə yolun hərəkətinə mane olacaq davranışlar göstərirlər. Nəticədə müsəlman qadın sürücülər yolda qəza təhlükəsi ilə üzləşirlər. Bu vəziyyətdən xəbər tutan şəhər administrasiyası yollarda olan bilboardlara hicblı qadın şəkilləri yerləşdirərək insanların bu fərqliliyə hörmətlə yanaşmasını təmin etməyə çalışır. Bu səbəblə də 6 həftə ərzində müxtəlif yollarda olan bilboard və reklam lövhələrində hicablı qadın şəkilləri nümayiş ediləcək.

Bu kampaniya, magistral yolda “terrorçu” müamiləsi ilə üzləşən müsəlman qadınlar üçün ümid verici olub.

Qeyd edək ki, Çikaqo ABŞ-ın 3-cü ən böyük meqapolisidir.

Xəbər:Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GƏNCLƏR HARA GEDİR?

Gənclər küləyin qabağında sovrulan yarpaqlar kimi olmalıdır? Təbii ki, bu sualın cavabı xeyrdir. Fərdi qayğılarımızı sıralayanda və köhnə ilə yeninin...

Bağla